Rusiyanın qəzaya uğramış təyyarəsinin sərnişinlərindən 12-nin cəsədi tapılıb
Dek 27, 2016 12:08 Asia/Baku
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, dalğıclar son günlər Qara Dəniz üzərində qəzaya uğramış Topolov-154 təyyarəsinin sərnişinlərindən 12-nin cəsədini tapıblar.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya MN-i bu gün bir bəyanat yayaraq bildirib ki, bu günədək qəzaya uğramış təyyarənin sərnişinlərindən 12 nəfərinin cəsədi və təyyarənin 5 tikəsi tapılıb.
Rusiya bildirib ki, Topolov-154 təyyarəsinin bütün 92 sərnişininin həlak olması ilə nəticələnmiş qəzaya uğramasının səbəbləri aydınlaşmayınca bu tipli təyyarələin uçuşunu dayandıracaq.
Rusiya medyaları MN-ə istinadla təyyarənin məlumat qutularından birinin qəza ərazisində tapılmasından xəbər veriblər.
Teqlər