Rusiya Suriya yaraqlılarını silahlandırdığına görə ABŞ-ı tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i253298-rusiya_suriya_yaraqlılarını_silahlandırdığına_görə_abŞ_ı_tənqid_edib
Rusiyanın XİN-i Amerikanın Suriya müxalifətini silahlandırmasını düşmən hərəkəti adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2016 14:32 Asia/Baku
  • Rusiya Suriya yaraqlılarını silahlandırdığına görə ABŞ-ı tənqid edib
    Rusiya Suriya yaraqlılarını silahlandırdığına görə ABŞ-ı tənqid edib

Rusiyanın XİN-i Amerikanın Suriya müxalifətini silahlandırmasını düşmən hərəkəti adlandırıb.

İSNA-nın verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyi bu gün bir bəyanat yayaraq bildirib ki, Barak Obama dövləti hakimiyyəti Donald Trampa köçürməzdən öncə dünyadakı durumu daha da mürəkkəbləşdirmək istəyir. 

ABŞ dövləti son vaxtlar Suriya müxalifətinə təsirli silahların göndərilməsini qadağan edən qərarını ləğv etdi, Rusiya Suriya isyançılarının hava hücumlarından müdafiə raketlərinə malik olmalarından nigarandır. Bu imkan Rusiya hərbi təyyarələrinə qarşı ciddi təhlükə hesab oluna bilər.