Yan 02, 2017 12:32 Asia/Baku
  • Cənubi Koreya vətəndaşları Park Geun Hyenin istefasını tələb edir
    Cənubi Koreya vətəndaşları Park Geun Hyenin istefasını tələb edir

Cənubi Koreya vətəndaşları bu ölkə prezidentinin istefasını tələb edirlər.

EuroNewsun məlumatına görə, 2016-cı ilin son günündə Seul küçələrində etirazlar davam edib. Cənubi Koreya vətəndaşları 10-cu həftə olaraq şənbə günü küçələrə axışıb və bu ölkə prezidenti Park Geun Hyenin istefasını tələb ediblər. Park Geun Hye korrupsiya rüsvyaçılığı ilə üzləşib. Etirazçılardan biri deyib: Mən buradayam. Çünki bu ildə çox pis hadisələr baş verdi. Ümidvaram bu aksiyalar ölkənin gələcək nəslinin xidmətində olacaq Koreya üçün məntiqli fürsət oolacaq. Ümidvaram prezident böyük Koreya Respublikasının reallaşması və onun gələcəyi üçün tez bir zamanda istefa verəcək.

Park Geun Hye öz dostunun nüfuzu ilə konstitusiyanı pozmaqda suçlanır və korrupsiyada əli olub. 

O həmçinin vəzifəsindən sui-istifadə etməkdə suçlanır. O istefanı qəbul etməyib. Lakin praktiki olaraq məsələlərdə heç bir müdaxiləsi yoxdur. 

Park Geun Hyenin vəzifəsi müvəqqəti olaraq baş nazirə tapşırılıb ki, Konstitusiya Məhkəməsi onun tam kənarlaşdırılması haqda qərar versin. 

Teqlər