Avropada şaxta 18 nəfərin həyatına son qoydu
Yan 08, 2017 10:21 Asia/Baku
Avropada güclü soyuq kütləsi iki gündür daha genişlənib və Polşa və İtaliyada azı 18 nəfərin həyatına son qoyub.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Polşanın bəzi bölgələrində -20 dərəcəyə çatan güclü şaxta 10 nəfərin ölümü ilə nəticələnib.
İtaliyada da güclü soyuq 8 nəfəri, o cümlədən 5 səfilin həyatına son qoyub.
Rusiya paytaxtı son günlər dekabr ayından indiyə qədər ən soyuq günləri təcrübə edib. Belə ki, cümə gecə güclü şaxta -27 dərəcəyə çatıb.
Avropa hidrometereologiya qurumlarının məlumatına əsasən şaxtalı hava həftənin sonuna qədər davam edəcək.