Moskvada onlarla etirazçı saxlanılıb
Moskvanın mərkəzində hökumət əleyhinə bir aksiyada iştirak edən onlarla nəfər saxlanılıb.
İTAR-TASS-ın məlumatına görə, bu aksiya Moskvanın mərkəzində Çisti Perodi metro stansiyasının qarşısındakı meydanda keçirilib və iştirakçılardan təxminən 50 nəfəri polis məmurları tərəfindən saxlanılıb.
Bu agentlik yazıb: Bu aksiya əlaqədar qurumların icazəsi olmadan keçirilib və təhlükəsizlik məmurları iştirakçılara xəbərdarlıq etdikdən sonra etirazçıları saxlayıblar.
Aksiya iştirakçıları iqtisadi duruma etiraz etmək və Rusiya hökumətinin müxaliflərindən biri sərbəst toplaşmağa dair qanunları pozmaqda suçlanaraq həbs olunan Eldar Dadinin azad olunması üçün ictimai toplantıların keçirilməsinə icazə verilməsini tələb ediblər. Saxlanılan etirazçılar polis şöbəsinə aparılıblar və onlar barəsində araşdırma aparılır.