Astanada üçüncü müştərək iclas
https://azeri.sahartv.ir/news/dünya-i257543-astanada_üçüncü_müştərək_iclas
Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya barədə keçirilən müzakirələrin kənarında İran, Rusiya və Türkiyə heyətlərinin üçüncü birgə koordinasiya iclası təşkil olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2017 05:55 Asia/Baku
  • Astanada üçüncü müştərək iclas

Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya barədə keçirilən müzakirələrin kənarında İran, Rusiya və Türkiyə heyətlərinin üçüncü birgə koordinasiya iclası təşkil olunub.

IRNA-nın məlumatına görə, suriyalı müxalif qrupların Suriyanın dövlət nümayəndələrilə, bağlı qapılar arxasında keçirilən iclasının ilk dövrünün başa çatmasından sonra dünən suriyalı-suriyalı müzakirələrin baniləri olan iranlı, rusiyalı və türkiyəli heyətlər özlərinin üçüncü müştərək iclaslarını keçiriblər. Müzakirələrin mehvəri Suriya barədə keçirilən müzakirələrin müştərək bəyanatının yekun bəndlərinin araşdırılması elan olunubdur.

Ötən üç gün ərzində də iranlı, rusiyalı və türkiyəli heyətlər bir neçə dəfə iki və üçtərəfli görüşlər keçiriblər.

Suriyanın dövlət nümayəndələrinin müxalif silahlı qruplarla ikigünlük müzakirələri İran, Rusiya və Türkiyə heyətləri, BMT və ev sahibi kimi Qazaxıstan nümayəndələrinin iştirakı ilə bazar ertəsi günü başlanıb və bu gün də davam edəcəkdir.

Astana iclası Cenevrədə Suriya sülh müzakirələrinin bərpası qarşısındakı çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə planlaşdırılıbdır.