Yan 25, 2017 13:04 Asia/Baku
  • Dünyada təbii qaza tələbat son dərəcə artıbdır
    Dünyada təbii qaza tələbat son dərəcə artıbdır

Qaz İxrac Edən Ölkələr Assambleyasının baş katibi Əlcəzirə telekanalının ingilis dilli redaksiyası ilə müsahibədə vurğulayıb: Qaz sənayesinin gələcək şəraiti çox perspektivlidir, zira gələn 25 il ərzində dünyada təbii qaza olan tələbat əlli faiz artacaq.

Əlcəzirə telekanalının ingilis dilli redaksiyasının məlumatına görə, Qaz İxrac Edən Ölkələr Assambleyasının baş katibi Hüseyn Adeli deyib: Qaz sənayesi digər enerji ehtiyatları ilə müqayisədə olduqca perspektivli bir sənayedir. Qaz İxrac Edən Ölkələr Assambleyasının yaydığımız 20 illik perspektiv sənədinin maddələrinə əsasən, gələn 25 il ərzində dünyada təbii qaza olan tələbat əlli faiz artacaq. Təbii qaza olan tələbatın illik inkişaf tempi bir tam onda altı faiz olacaqdır ki, bu da gələn 25 il ərzində bütün digər enerji resursları arasında ən yüksək inkişaf göstəricisi olacaq. Ümumiyyətlə demək olar ki, qaz gələcəyin perspektivli bölmələrindən biridir. Adətən qazın qiyməti xam neftin qiymətindən asılı olur. Məsələn, əgər xam neftin qiyməti aşağı düşərkən iki və ya üç aylıq fasilə ilə təbii qazın qiyməti də tənəzzül edir. Bu üzdən, qazın qiyməti hazırda çox aşağıdır və heç bir vəchlə onun ötən bir neçə il ərzindəki qiymətilə müqayisə ediləsi deyildir.

Teqlər