Tramp Obamanın son anda Qəzzəyə etdiyi yardımını dayandırıb
Yan 26, 2017 14:00 Asia/Baku
ABŞ Dövlət Departamentinin sözçüsü dünən gecə deyib: Donald Tramp keçmiş hökumətin Qəzzə zolağının yenidən bərpası üçün formal xarakter daşıyan yardım vədini dayandırıb.
İRNA-nın verdiyi məlumata görə, Mark Tuner deyib: Dövlət Departamenti keçmiş hökumətin dövründə qəbul edilmiş bəzi qərarlara yenidən baxmaqdadır və lazım gələrsə onlara yeni hökumətin prioritetlərinə uyğunlaşmaları üçün müəyyən dəyişikliklər edəcək.
ABŞ Dövlət Departamentinin sözçüsü deyib: Amerikanın keçmiş dövlət katibi Con kerri Obamanın prezidentliyinin son günündə ABŞ beynəlxalq inkişaf agentliyinə Qəzzə zolağının yenidən bərpası əməliyyatları üçün 220 milyon dollar vəsait ayırması barədə göstəriş vermişdir.