Rusiyada təhlükəsizlik saytı kibernetik hücuma məruz qalıb
https://azeri.sahartv.ir/news/dünya-i257789-rusiyada_təhlükəsizlik_saytı_kibernetik_hücuma_məruz_qalıb
Rusiyanın ən əsas təhlükəsizlik bölməsinin tabeliyində olan Milli Qvardiya internet saytı Hakerlərin hücumu nəticəsində sıradan çıxarılıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2017 15:40 Asia/Baku
  • Rusiyada təhlükəsizlik saytı kibernetik hücuma məruz qalıb
    Rusiyada təhlükəsizlik saytı kibernetik hücuma məruz qalıb

Rusiyanın ən əsas təhlükəsizlik bölməsinin tabeliyində olan Milli Qvardiya internet saytı Hakerlərin hücumu nəticəsində sıradan çıxarılıb

İRNA-nın verdiyi məlumata görə, Rusiya Milli Qvardiyasının əlaqələr idarəsinin rəisi Aleksi Bliyakov müxbirlərə deyib ki, mütəxəssislər Milli Qvardiyanın saytının bərpasına çalışırlar. 

Rusiya Federasiyasının təhlükəsizlik təşkilatı son vaxtlar bildirib ki, bu ölkənin komputer sistemləri və əsas mərkəzləri 2017-ci ildə 70 milyon dəfə kibernetik hücuma məruz qalıblar. 

Rusiyaya qarşı kibernetik hücumlar elə bir şəraitdə baş verir ki, Amerika öncə Rusiyanı bu ölkənin prezident seçkilərinin nəticələrinə müdaxilə etməkdə ittihamlandırmışdı. Rusiya həmişə bu ittihamı rədd etmişdir.