Rusiya xarici işlər naziri Suriya ordusunun terrorizmlə mübarizədəki rolunu vurğulayıb
Yan 30, 2017 20:20 Asia/Baku
Rusiya xarici işlər naziri deyib ki, heç kəs xaricdən suriyalılara bir həll yolu qəbul etdirə bilməz.
Russia Əlyəum telekanalı xəbər verib: Sergey Lavrov Moskvada öz eritreyialı həmkarı Osman Əhməd Saleh ilə birgə mətbuat konfransında deyib: İŞİD ilə mübarizə məqsədilə müştərək cəbhənin yaradılmasına çalışırıq, amma Suriya ordusu bu sahədə ən əsas qüvvə olaraq qalmaqda davam edəcək. Tramp hökuməti qəbul eməlidir ki, Suriya ordusu İŞİD ilə mübarizədə ən əsas səmərəli qüdrətdir.
Lavrov əlavə edib: İŞİD ilə mübarizədə əsaslı dəyişikliklərin aparılması Vaşinqtonun Suriya ordusu ilə koordinasiyası təqdirində mümkündür. Suriya böhranı həllinin xeyrinə olduğu bütün kəslər müzakirələrdə iştirak üzrə dəvətlərə müsbət cavab verməlidirlər.