Rusiya Ukraynanı Minsk razılaşmasını pozmaqda ittiham edib
https://azeri.sahartv.ir/news/dünya-i258501-rusiya_ukraynanı_minsk_razılaşmasını_pozmaqda_ittiham_edib
Kremlin sözçüsü Ukraynanı Donbasda Minsk razılaşmasını pozmaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2017 11:32 Asia/Baku
  • Rusiya Ukraynanı Minsk razılaşmasını pozmaqda ittiham edib
    Rusiya Ukraynanı Minsk razılaşmasını pozmaqda ittiham edib

Kremlin sözçüsü Ukraynanı Donbasda Minsk razılaşmasını pozmaqda ittiham edib.

Sputnik xəbər agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov dünən bildirib ki, Ukrayna ordusunun Donbas məntəqəsindəki hücumları Minsk razılaşmasının icrası üçün nəzərdə tutulan hədəfləri şübhə altına alıbdır.

Peskov Rusiyanın 2015-ci ilin fevralında imzalanmış Minsk razılaşmasına tamamilə sadiq olduğunu bildirərək, deyib ki, Ukrayna böhranının həll yolu, bu razılaşmanın tam şəkildə icrasıdır.

Kremlin sözçüsü Fransa və Almaniyadan istəyibdir ki, Ukraynanı Minsk razılaşmasını icra etməyə məcbur etsinlər.

Son günlərdə onlarla nəfərin ölməsi və yaralanması ilə nəticlənmiş Ukraynanın şərqində ağır döyüşlərin bərpa olunması ilə bu ölkənin prezidenti Pyotr Poroşenko çərşənbə axşamı günü Almaniyaya olan səfərini yarımçıq qoyaraq, Kiyevə geri dönüb. O, Merkel ilə görüşdə Rusiyanın Ukraynanın şərqindəki silahlı qarşıdurmalarda məsuliyyət daşıdığını bildirib və bu ölkəyə qarşı sanksiyaların kəskinləşdirilməsini istəyib. Rus medialar dövlət qüvvələrinin Donetsk şəhərindəki yaşayış massivlərini və Avdıyevka qəsəbəsi daxil olmaqla bəzi məhəllələri atəşə tutmalarından xəbər veriblər. Rusiya mediaları bildiriblər ki, ukraynalı qüvvələr Poroşenkonun Almaniyaya səfərilə bir zamanda bu məntəqələri ağır texnika, o sıradan artilleriya atəşlərinə tutmağa başlayıblar. Belə bir halda, Donetsk qondarma respublikasının müdafiə nazirliyinin sözçüsü Eduard Basurin son iki gündəki döyüşlərdə onlarla ukraynalı əsgərin öldürülməsindən xəbər verib.