Amerikada bir məhkəmə Trampın anti-miqrant fərmanına qarşı hökm çıxarıb
https://azeri.sahartv.ir/news/dünya-i258737-amerikada_bir_məhkəmə_trampın_anti_miqrant_fərmanına_qarşı_hökm_çıxarıb
Bir amerikalı hakim bu ölkə prezidentinin miqrasiya məhdudiyyətlərinə dair fərmanının icrasının müvəqqəti dayandırılmasına hökm verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2017 16:55 Asia/Baku
  • Amerikada bir məhkəmə Trampın anti-miqrant fərmanına qarşı hökm çıxarıb
    Amerikada bir məhkəmə Trampın anti-miqrant fərmanına qarşı hökm çıxarıb

Bir amerikalı hakim bu ölkə prezidentinin miqrasiya məhdudiyyətlərinə dair fərmanının icrasının müvəqqəti dayandırılmasına hökm verib.

İRİB-in verdiyi məlumata görə, Miçiqan ştatının Detroyt şəhərinin federal hakimi Viktoriya Roberts bu gün bir hökm çıxararaq , hökuməti, prezidentin anti-miqrant fərmanını icra etməkdən çəkindirib. 

Öncə də Los-Anclesdə bir hakim öz hökmündə Tramp hökumətinin İran və 6 müsəlman ölkənin vizaya malik olan vətəndaşlarına amerikaya daxil olmaq icazəsi verməli olduğunu bildirmişdi. 

Bir çox təşkilatlar, beynəlxalq qurumlar , tanınmış simalar və adi insanlar Trampın bəzi müsəlman ölkələrin vətəndaşlarının Amerikaya səfərinə qoyduğu qadağaları irqçi və qeyri-insani hərəkət adlandırıblar. 

ABŞ prezidentinin son günlərdə imzaladığı fərmanlar dünya səviyyəsində geniş reaksiyalara səbəb olmuşdur. 

Amerika ilə Meksika arasında qeyri-qanuni miqrantların daxil olmasına qarşı divarın çəkilməsi, 7 müsəlman ölkə vətəndaşlarına 3 aylıq viza qadağasının tətbiq edilməsi, ABŞ iə Sakit okeanın 11 sahilyanı ölkəsi arasında Trans Pasifik beynəlxalq ticarət müqaviləsinin ləğv edilməsi Donald Trampın imzaladığı qalmaqallı fərman və sərəncamlarından ibarətdir.