ABŞ polisi saytının 700 min istifadəçisinin məlumatı oğurlanıb
Naməlum haker Amerika polis idarəsinə bağlı sayta daxil olaraq 700 min istifadəçinin məlumatlarını oğurlayıb.
Gənc Reportyorlar Klubunun məlumatına görə, naməlum haker policeone.com saytına daxil olaraq əksəriyyətini polis əməkdaşları və ya təhlükəsizlik qüvvələri təşkil edən 700 mindən çox amerikalı istifadəçinin məlumatlarını oğurlayıb və onları satıb.
İndiyə qədər bu saytdan 715 min istifadəçinin məlumatının oğurlandığı təsdiqlənib. Bu da istifadə adları, parollar, elektron poçt qutuları, doğum tarixi və digər məlumatlara şamil olur.
Berkut ləqəbi ilə daxil olan bu haker oğurlanmış məlumatları virtual şəbəklələrdə 400 dollar qiymətinə satışa çıxarıb.
Policeone.com saytının istifadəçilərinin əksəriyyətinin MKİ əməkdaşları təşkil edir. Və bu saytdan polis qüvvələri, ədliyyə və təhlükəsizlik rəsmiləri arasında məlumatların mübadiləsi üçün istifdə olunurmuş.