Fev 07, 2017 12:05 Asia/Baku
  • Rusiya Amerikaya nüvə razılaşması barədə xəbərdarlıq edib

Rusiya xarici işlər nazirinin müavini və Rusiyanın nüvə müzakirə heyətinin başçısı Amerikaya İran ilə əldə olunmuş nüvə razılaşmasına qarşı hər hansı qərar barədə xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, Sergey Riabkov deyib: Rəsmi Moskva Əhatəli Müştərək Təşəbbüs Proqramına hər hansı yenidən baxılmasını riskli və təhlükəli hesab edir. 

Riyabkov deyib: Amerikalı ortaqlarımıza sadə bir bövsiyəm var, sıradan çıxmamış bir şeyi təmir etməyə çalışmayın. 

Rusiya xarici işlər nazirinin müavini deyib: İranın dünyanın aparıcı ölkələri ilə nüvə anlaşmasına yenidən baxılması ƏMTP üçün mənfi və arzuolunmaz durum yaradar və sadəcə orta şərqdə münaqişənin alovlanmasına xidmət edəcək. 

Riyabkov bu gün Moskvada deyib ki, Amerikanın İrana qarşı yeni sanksiyaları təssüf doğurur və İran ƏMTP-ni pozmayıb. 

Rusiyanın xarici işlər nazirinin müavini deyib: İranın raket sınaqları ƏMTP-ni və BMT TŞ-nin 2231 saylı qətnaməsini pozmur. 

Amerikanın Xəzinədarlıq Nazirliyi də cümə günü fevralın 3-də bir bəyanat yayaraq, 23 həqiqi və hüquqi şəxsi Amerikanın İrana qarşı sanksiyaları siyahısına əlavə etdi. 

Amerikanın İrana qarşı yeni sanksiyalarının bəhanəsinin İranın raket sınağı olduğu deyilir

Teqlər