Amerikalı jurnalist: Amerikanın yeni rəsmiləri səudiyyəlilər və sionistlərə yaxındır
https://azeri.sahartv.ir/news/dünya-i259209-amerikalı_jurnalist_amerikanın_yeni_rəsmiləri_səudiyyəlilər_və_sionistlərə_yaxındır
Amerikalı jurnalist bildirib: Amerikanın yeni rəsmiləri səudiyyəlilər və sionistlərə yaxındırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2017 09:33 Asia/Baku
  • Amerikanın yeni rəsmiləri səudiyyəlilər və sionistlərə yaxındır
    Amerikanın yeni rəsmiləri səudiyyəlilər və sionistlərə yaxındır

Amerikalı jurnalist bildirib: Amerikanın yeni rəsmiləri səudiyyəlilər və sionistlərə yaxındırlar.

Press Tv-nin məlumatına görə, Veterans Today nəşrinin baş redaktoru Qordon Daff bu telekanala müsahibəsində deyib: ABŞ İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hava əməliyyatını başladıb. Bəlkə də bu əməliyyatı Amerika tarixində ən uğursuz hava əməliyyatlarından biri adlandırmaq olar. Amerika İraqda edə bildiyi hər bir işi həyata keçirmişdir ki, yaraqlılar, o cümlədən kürdləri özünə tərəf çəksin və onlardan İŞİD terror qruplaşması ilə mübarizədə ən təsirli və önəmli qüvvələr olan İraqın şiə yaraqlılarına qarşı istifadə edə bilsin. Maraqlı məsələ budur ki, Amerika İraq ordusunun bu qruplaşmaya qarşı hərəkətlərinə mane olur. Suriyada da Amerikanın koalisiya yaratmasının şahidiyik. Lakin bir çox hallarda bu koalisiya yanlış cəbhəyə daxil olub. Yaxın Şərq regionu ilə əlaqədar məsələlər sahəsində Trampın əsas müşaviri olan kürəkəni səudiyyəlilərə çox yaxındır. Halbuki Səudiyyə Ərəbistanı İŞİD terror qruplaşmasının əsas hamisidir. Trampın kürəkəninin İsrailin məskunlaşdırması ilə də problemi yoxdur. O səudiyyəlilərlə məsləhətləşmədən heç bir iş görmür. Hamı bilir ki, Səudiyyə Ərəbistanı Suriya və İrana nifrət edir. Səudiyyə Ərəbistanı Yəməndə çoxlu cinayətlər törətmişdir.