Tramp Ərəbistan və BƏƏ vətəndaşları haqda fərman verməli idi
https://azeri.sahartv.ir/news/dünya-i259211-tramp_Ərəbistan_və_bƏƏ_vətəndaşları_haqda_fərman_verməli_idi
İran-ABŞ Milli Şurasının sədri deyib: ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları haqda icra fərmanı verməli idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2017 09:34 Asia/Baku
  • Tramp Ərəbistan və BƏƏ vətəndaşları haqda fərman verməli idi
    Tramp Ərəbistan və BƏƏ vətəndaşları haqda fərman verməli idi

İran-ABŞ Milli Şurasının sədri deyib: ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları haqda icra fərmanı verməli idi.

CCTV-nin məlumatına görə, İran-ABŞ Milli Şurasının təsisçisi və sədri Trita Parsi bu televiziya ilə müsahibədə deyib: Trampın icra fərmanı məhkəməyə çatmayıb. Düşünürəm ki, bu fərman məhkəmədə çox çətin tab gətirə bilər. Tramp hökuməti istəmədən ifşa etdi ki, bu layihədə məqsəd müsəlmanların girişinə qadağa olmuşdur. Rudi Culiyani müsahibələrindən birində deyib ki, prezident Tramp ondan müsəlmanların girişinə necə mane ola biləcəyini soruşub və Culiyani də bu məqsəd üçün yol tapmağa gedib. Bu layihə elə bir şəkildə tənzimlənib ki, xüsusi bir dinin ardıcıllarını hədəfə almasın. Çünki bu layihə bu şəkildə tənzimlənsəydi, Amerikanın Konstitusiyasını pozurdu. Lakin indi onlar ifşa ediblər ki, bu fərmanın əsas məqsədi xüsusi bir dinin ardıcıllarını qadağan etmək olmuşdur. Amerikanın Ali Məhkəməsinin bu haqda hansı qərarı verəcəyi bəlli deyil. Amerikaya giriş üçün ölkələrin vətəndaşları haqda qadağanın tətbiq olunması qərara alınıbsa, bu, ABŞ ərazisində terror aktları törədən ölkələrin vətəndaşları haqda olmalıdır. Məqsədim Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin vətəndaşlarıdır. Amma maraqlı məsələ budur ki, bu ölkələr Trampın yeni fərmanı siyahısında yer almayıblar.