Çavuşoğlu: Türkiyənin Səudiyyə Ərəbistanı ilə əlaqələrinin xüsusi yeri var
https://azeri.sahartv.ir/news/dünya-i259243-Çavuşoğlu_türkiyənin_səudiyyə_Ərəbistanı_ilə_əlaqələrinin_xüsusi_yeri_var
Türkiyə xarici işlər naziri bu ölkənin ABŞ və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etmək üçün Suriyanın Riqqə şəhərinə hücum etməyə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2017 17:30 Asia/Baku
  • Çavuşoğlu: Türkiyənin Səudiyyə Ərəbistanı ilə əlaqələrinin xüsusi yeri var
    Çavuşoğlu: Türkiyənin Səudiyyə Ərəbistanı ilə əlaqələrinin xüsusi yeri var

Türkiyə xarici işlər naziri bu ölkənin ABŞ və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etmək üçün Suriyanın Riqqə şəhərinə hücum etməyə hazır olduğunu bildirib.

Mövlud Çavuşoğlu ərəbistanlı həmkarı Adil əl-Cübeyrlə Ankarada keçirdiyi mətbuat konfransında deyib: Türkiyənin Səudiyyə Ərəbistanı ilə əlaqələrinin xüsusi yeri vardır. Türkiyə və Səudiyyə Ərəbistanının əlaqələrinin köklü tarixi vardır. Tarix, Mədəniyyət, müştərək dəyərlər bu əlaqələri gücləndirir və iki ölkənin ayrılmaz qardaşlıq və dostluq bağları kənarında, liderlərimiz, kral Salman və prezident Rəcəb Tayyib Ərdoğan arasında qardaşlıq bağı əməkdaşlıq və qardaşlığımıza yeni dəyər bəxş etmişdir. Hər bir sahədə əmkdaşlıqlarımızı genişləndirməkdə qətiyyətliyik.