Nyu-York polisi qaradərililərdən casusluqetmə sənədini yaymağa məcbur edilib
-
Nyu-York polisi qaradərililərdən casusluqetmə sənədini yaymağa məcbur edilib
Bir amerikalı hakim hökm çıxararaq, Nyu-York polisini qaradərililərdən casusluqetmə sənədini yaymağa məcbur edib.
Russia Today-in məlumatına görə, Nyu-York Ali Məhkəməsinin hakimi Manuel Mendez bir hökmdə bu məntəqənin polis idarəsindən istəyibdir ki, "Qaradərililərin həyatı mühümdür" aksiyasında iştirak edənlərə gizli nəzarətə əsasən, qaradərili vətəndaşların keçmişlərilə bağlı topladığı fayl və sənədləri yaysın.
Bu hökm Nyu-York polis idarəsinin amerikalı fəal Ceyms Laq barədə toplanmış informasiyalarla bağlı sənədləri ona təhvil verməkdən çəkinmək üzrə səyindən sonra çıxarılıbdır.
Nyu-York Ali Məhkəməsinin hakimi öz son hökmünə əsasən, Nyu-York polis idarəsinin "Qaradərililərin həyatı mühümdür" kampaniyasında iştirak etmiş qaradərili vətəndaşlar barədə toplanmış informasiyalarla bağlı sənədlərin ifşa olunmaması xahişini rədd edib.
"Qaradərililərin həyatı mühümdür" kampaniyası məhkəmənin 2014-cü ilin iyulunda qaradərili Erik Qarneri qətlə yetirmiş polis zabiti Daniel Pantaleonu günahkar adlandırmaqdan çəkinməsinin ardınca yaradılıbdır.