Amerikada Tramp əleyhinə aksiyalar davam edir
-
Amerikada Tramp əleyhinə aksiyalar davam edir
Amerikada yeni prezident Donald Trampın mühacirlərlə bağlı siyasətləri əleyhinə xalq etirazları davam edir.
İRİB-nin verdiyi məlumata görə, minlərlə nəfər Birləşmiş Ştatların müxtəlif şəhərlərində o cümlədən Minesota ştatında yerləşən Miniapolis şəhərində habelə, Nyu-York və Vaşinqtonda küçələrə çıxaraq, Donald Trampın miqrantlar və müsəlmanlar əleyhinə siyasətlərinə etiraz edib.
Aksiya iştirakçıları Trampın irqçi siyasətlərinə qarşı şüarlar veriblər. Polis isə aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün güc tətbiq edib.
Bəzi şəhərlərdə isə polis bir qrup aksiya iştirakçısını həbs edib.
ABŞ prezidenti Donald Tramp son zamanlar bir fərman imzalayaraq, mühacirlərin və 7 islam ölkəsi vətəndaşının bu ölkəyə girişini 90 gün üçün qadağan edib. Bu da BMT və Avropa ölkələri daxil olmaqla bir çox ölkənin etirazına səbəb olub.