Rusiya: Krımı geri verməyəcəyik!
-
Rusiya: Krımı geri verməyəcəyik!
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə günü verdiyi açıqlamada Vaşinqtonun Krımın Ukraynaya qaytarılması ilə bağlı istəyinə qarşı çıxaraq deyib: Moskva öz ərazisini heç kimə verməyəcək.
PressTV-nin verdiyi məlumata görə, Ağ Evin sözçüsü Şon Spayser çərşənbə axşamı deyib: Tramp Rusiyanın Krımı Ukraynaya qaytararaq, bu ölkədə gərginliyin azalmasına kömək etməsini gözləyir.
Ş.Spayeser həmçinin, ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Rusiyanın Krımı işğal etməsi müqabilində sükut etməsinə görə tənqid edib.
Ukraynada Rusiya yönlü prezidentin devrilməsi və Qərb yönlü qüvvələrin hakimiyyətə gəlməsi ilə baş qaldıran xaosun ardınca 17 mart 2014-cü ildə Krım yarımadası Rusiyaya birləşdirildi.
Krım yarımadasının Rusiyaya birləşdirilməsinin ardınca Amerika və Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq etdilər.