Fev 17, 2017 12:14 Asia/Baku
  • Pakistanın cənubunda terror aktının qurbanlarının sayı artıb
    Pakistanın cənubunda terror aktının qurbanlarının sayı artıb

Pakistanda send vilayətində terror aktının qurbanlarının sayı 72 nəfərə çatıb.

Dünən axşam Pakistanın Send vilayətində Sehun Şərif şəhərində bir ziyarətgahda törədilən terror aktı nəticəsində 72 nəfər ölüb, 200 nəfər yaralanıb. 

Bu terrorçu partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürüb. 

Pakistanın analitiklərindən olan Zeyd Zaman Hamid öncə demişdi ki, Cəhənqvey diviziyasının, Sipah Səhabə və Cəmaətül-Əhrarın  terrorçu qrupları Pakistan dövlətinə qarşı " Qazi əməliyyatı" adı altında yeni hücumlara başlayıblar. 

Cəhənqvey diviziyası, Sipah Səhabə və Cəmaətül-Əhrarın  terrorçu qrupları Pakistanda ən təhlükəli təkfirçi qruplar hesab olunurlar. Bu qruplar müsəlmanlar, xüsusiylə də şiələrə qarşı qırğınlar törədirlər.  

Teqlər