Fev 17, 2017 15:46 Asia/Baku
  • MKİ Fransada prezident seçkiləri ilə əlaqədar casusluq edirmiş
    MKİ Fransada prezident seçkiləri ilə əlaqədar casusluq edirmiş

Vikiliks saytı Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin Fransada prezident seçkiləri ilə əlaqədar casusluq fəaliyyətləri həyata keçirdiyini ifşa edib.

RaşaTudey telekanalının verdiyi məlumata görə, Vikiliks saytı yeni sənədlər yayıb. Həmin sənədlərə görə MKİ 2012-ci ildə Frandada prezident seçkilərindən öncə bir neçə ay müddətində bu ölkənin əsas siyasi fiqurları barədə casusluqla məşğul olub. 

Vikiliksin yaydığı sənədlərə görə, MKİ Fransanın o vaxtkı prezidenti Nikola Sarkozinin başçılıq etdiyi partiyanın yenidən seçiləcəyindən əmin deyilmiş və özünün agentlərinə göstəriş verib ki, Sarkozinin başqa namzəd barədə eləcə də müşavirləri ilə müzakirələri haqqında məlumatlar toplasınlar. 

Yayılan məlumata görə, MKİ öz göstərişlərində ən əsası " Xalq Hərəkatı Birliyi"-ni (UMP) nəzərə alır və daha çox bu partiyanın namzədi üzərində təmərküzləşibmiş. 

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi öz casuslarından Fransada prezidentliyə namzədlərin seçki kampaniyalarının xərclərinin təmini barədə məlumat toplamalarını istəyib. 

Vikiliks öncə də MKİ-nin uzun illər boyu Almaniyada 3 kansler və onların ofisləri barədə casusluqla məşğul olduğunu ifşa etmişdi. 

Teqlər