Tramp mediaları ABŞ xalqının düşməni adlandırdı
ABŞ prezidenti medialara qarşı ən yeni hücumda, öz Tvitter səhifəsində mediaları amerikalıların düşməni adlandırıb.
Nyu-York Taymsın yazdığına görə, Donald Trampın tvittində deyilir: Nyu-York Tayms, NBC Nyus, ABC, CBS və CNN kimi uğursuz informasiya kanalları mənim yox, ABŞ xalqının düşmənidirlər.
Tramp daha öncə mediaları hökuməti ilə müxalif olan partiya adlandırmışdı.
ABŞ prezidenti hələ seçkilər dövründən medialar ilə çəkişmələrə malik olub. O, Ağ Evə daxil olmasına baxmayaraq, hələ də medialara qarşı hücumlarını davam etdirir.
Tramp cümə axşamı bir mətbuat konfransında CNN-i tənqid edərək, bu kanalı nifrət dolu bir informasiya kanalı adlandırmış və CNN-in bütün analitiklərinin onun əleyhinə çıxış etdiklərini demişdi.
Trampın son tvitti onun ABŞ mediaları ilə ixtilaflarının kəskinləşməsindən xəbər verir.
Analitiklər Tramp ilə Nikson arasında oxşarlığın olduğunu deyirlər. 1972-ci ildə prezident olan Riçard Nikson milli təhlükəsizlik üzrə müşaviri Henri Kesincerə "medialar düşməndir" demişdir.