İsveçli diplomatlar ABŞ prezidentinin sözlərini ciddi bilirlər
-
İsveçli diplomatlar ABŞ prezidentinin sözlərini ciddi bilirlər
İsveç diplomatları üçün Amerika prezidenti tərəfindən bu ölkə barədə pis təsvirin təqdim olunması ciddi bir mövzudur.
Avro Nyus informasiya kanalı bu xəbəri verərək, bildirib: İsveç istehza və qəzəblə bir hücuma reaksiya veribdir ki, ABŞ prezidenti Donald Trampın təsəvvürünə görə, bu Skandinaviya ölkəsində baş verib. lakin baş verməyibdir. Amerika prezidenti bildirib ki, bu sırf bir anlaşılmazlıq idi. Belə bir anlaşılmazlıq Stokholmu Vaşinqtondan izahat istəməyə məcbur etdi. Tramp öz twitter səhifəsində deyibdir ki, Foks-Nyus telekanalından İsveçdə mühacirət barədə bir reportaj görmüşdü. İsveçin sabiq baş naziri Karl Billet təcili bir reaksiyada öz twitter səhifəsində Trampdan istehlak etdiyi narkotik maddə barədə soruşub. Bu məsələ bəlkə də zahirdə gülməli olmuş olsun, amma isveçli diplomatlar mütləq şəkildə onda gülməli bir mövzu görmürlər.
İsveçin Nyu-Yorkdakı konsulu Olle Vastberq deyir: Bu məsələ mənim üçün təəccüblü deyildi, Donald Tramp istər real olsun, istərsə də real olmasın, ağlına gələn hər bir sözü dilinə gətirir. Bu məsələ ciddidir, zira dünyanın ən qüdrətli şəxsi İsveç barədə pis təsvir təqdim edir. O, əlavə edib: Trampla eyni əqidəyə malik olan və sərhədləri bağlamaq istəyən kəslər onun rəftarı ilə təşviq olunurlar.
Dünən Nyu-Yorkda Amerika müsəlmanlarını himayə istiqamətində başqa bir aksiya keçirildi və mindən çox adam bir daha Trampın mühacirət siyasətinə etiraz etdi.