Avropa Birliyi Trampın səfirini arzuolunmaz şəxs adlandırıb
-
Avropa Birliyi Trampın səfirini arzuolunmaz şəxs adlandırıb
Avropa Parlamentinin sədri Amerikanın bu birliyə təklif olunmuş səfiri Ted Maluku arzuolunmaz şəxs adlandırıb.
Anadolu xəbər agentliyinin məlumatına görə, Avropa Parlamentinin sədri Antonio Tayani Avropanın tənqidləri dinləməyə hazır olduğunu bildirərək, Malukun adını çəkmədən dolayısı ilə ona işarə edib və deyib ki, Avropa bu birliyi tanımayan kəslərin təhqirlərini eşitməyə hazır deyil.
Maluk ötən yanvarda BBC ilə müsahibədə belə demişdi: Avro pul vahidi məhv olmaqdadır və Avropa Birliyi də ciddi problemlərə malikdir və ola bilsin, qarşıdakı bir və ya il yarım ərzində dağılsın.
Qardian qəzeti yazıb: Avropanın Trampın təklif etdiyi səfirlə müxalifəti təəccüb doğuran bir addımdır ki, Avropa Birliyi ilə ABŞ arasında diplomatik böhran yarada bilər.