Avstraliyada anti-sionist aksiya
Avstraliya vətəndaşları sionist rejim baş nazirinin bu ölkəyə səfərinə etiraz olaraq Fələstin xalqına dəstək məqsədilə bu ölkənin müxtəlif şəhərlərində aksiyalar keçiriblər.
Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, yüzlərlə Sidney sakini ötən gün anti-sionist aksiya təşkil ediblər. Onlar sionist rejim baş naziri Benyamin Netanyahunun Avstraliyaya dörd günlük səfərini pisləyiblər.
Avstraliya vətəndaşları anti-sionist şüarlar səsləndirib və İsrailin işğalçılığı qarşısında Fələstin xalqını dəstəkləyiblər.
Bu aksiyaların təşkilatçılarından biri Damian Ridgvell Avstraliya vətəndaşlarının etirazlarını sionist rejim baş nazirinin bu ölkəyə dəvət olunması ilə bağlı Kanberra hökumətinin qərarına qarşı olduqlarını əks etdirdiyini deyib.
Avstraliya baş naziri Malkom Turnbul çərşənbə günü sionist rejim baş naziri Benyamin Netanyahunun Sidneyə səfər etməsi ilə Fələstin ərazilərində sionist qəsəbələrin salınmasının pislənilməsinə dair öz mövqeyindən geri çəkilib.
BMT Təhlükəsizlik Şurası bir müddət öncə 14 lehinə və Amerikanın bitərəf səsi ilə Fələstin ərazilərində sionist məskunlaşdırma əleyhinə qətnamə təsdiqləyib.