Mart 02, 2017 10:25 Asia/Baku
  • Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadətinin ildönümü günü
    Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadətinin ildönümü günü

Bu gün 1438-ci hicri qəməri ili 3 Cəmadiüs-Sani əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı və dünya şiələrinin birinci imamı Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.

İslami İranın müsəlman xalqı fəzilət, iffət və ismət xanımının şəhadəti gecəsində əzadarlıq edib. 

Əhli-Beyt (ə) vurğunları məscidlər, hüseyniyyələr, dini məkanlar, həmçinin Həzrət İmam Rza (ə) və Həzrət Məsumənin (s.ə) pak məqbərələrinə toplaşaraq peyğəmbərin əziz qızı Həzrət Fatimənin (s.ə) məzlumluqla şəhadətinin ildönümü mərasimlərində göz yaşı axıdıblar. 

Həzrət Fatimə-Zəhra (s.ə) 18 il ömür sürdükdən sonra dövrün hakimlərinin çoxlu zülmləri və atası Həzrət Məhəmmədin (s.ə.s) vəfatının qəm-kədəri nəticəsində 11-ci hicri qəməri ili bir rəvayətə görə, 13 Cəmadiül-Əvvəldə, başqa rəvayətə görə isə, 3 Cəmadiüs-Sanidə şəhid edildi. 

Səhər Beynəlxalq Televiziyası Həzrət Fatimə-Zəhranın (s.ə.s) şəhadətinin ildönümü günü ilə əlaqədar bütün müsəlmanlar və dünyanın azadlıqsevərlərinə başsağlığı verir. 

Teqlər