Mart 03, 2017 19:48 Asia/Baku
  • Fransada miqrantlara xalq yardımlarının çatdırılması qadağan edilib
    Fransada miqrantlara xalq yardımlarının çatdırılması qadağan edilib

Fransanın şimalında Kale şəhərinin meri təhlükəsizlik məsələlərini bəhanə edərək miqrantlara humanitar yardımların təqdim olunmasını qadağan edib.

PressTv-nin verdiyi məlumata görə, Fransanın daxili işlər naziri Brono Luronun Kale liman şəhərinə səfərindən bir gün sonra bu şəhərin meri Nataşa Buşar dünən təhlükəsizlik məsələlərini bəhanə edərək bu şəhərdə didərginlər arasında ərzaq mallarının paylaşılmasına qadağa qoyub. 

Eyni zamanda Kale şəhərində ictimai fəallar merin bu göstərişii görməməzliyə vuracaqlarını bildiriblər. 

Kaledə miqrantlara məxsus düşərgənin 2016-cı ildə dağıdılmasına baxmayaraq hələ yüzlərlə miqrant bu düşərgədə yaşayır. 

İndiyədək yerli qurumlar və təşkilatlar hər gün didərginlər arasında 200-300 yemək paylayırdılar. 

Teqlər