Yaponiya və Amerika BMT Təhülkəsizlik Şurasını Şimali Koreya barədə təcili iclasa çağırıblar
https://azeri.sahartv.ir/news/dünya-i261772-yaponiya_və_amerika_bmt_təhülkəsizlik_Şurasını_Şimali_koreya_barədə_təcili_iclasa_çağırıblar
Yaponiya və Amerika dünən Şimali Koreyanın raket sınaqları ilə əlaqədar BMT TŞ-ni təcili iclas keçirməyə çağırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2017 08:47 Asia/Baku
  • Yaponiya və Amerika BMT Təhülkəsizlik Şurasını Şimali Koreya barədə təcili iclasa çağırıblar
    Yaponiya və Amerika BMT Təhülkəsizlik Şurasını Şimali Koreya barədə təcili iclasa çağırıblar

Yaponiya və Amerika dünən Şimali Koreyanın raket sınaqları ilə əlaqədar BMT TŞ-ni təcili iclas keçirməyə çağırıblar.

İRİB-in verdiyi məlumata görə, Yaponiyanın baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald Tramp bu gün Şimali Koreyanın son raket sınaqları barədə telefon müzakirələri aparıblar. 

Həmçinin BMT baş katibi Antonio Quterreş dünən Ş.Koreyanın raket sınaqlarını pisləyərək bildirib ki, bu kimi təşəbbüslər TŞ qətnamələrini pozaraq regionda sülh və sabitliyi ciddi şəkildə təhlükəyə salır. 

Ş.Koreya dünən bu ölkənin Çinə yaxın olan Donq Çanq Ri bölgəsindən 4 ballistik raketi Yaponiya dənizinə tərəf atıb. Raketlər Yaponiyanın iqtisadi zonasının sularına düşüb. 

Ş.Koreya Amerika və onun müttəfiqlərinin bu ölkəyə qarşı hədə-qorxuları davam edincə, bu ölkənin də özünün hərbi qabiliyyətlərini gücləndirəcəyini vurğulayıb.