ABŞ prezidentinin anti-miqrant fərmanına qarşı etiraz aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i261778-abŞ_prezidentinin_anti_miqrant_fərmanına_qarşı_etiraz_aksiyası
ABŞ prezidentinini yeni anti-miqrant fərmanına qarşı Ağ Evin qarşısında etiraz aksiyası keçirilib. Nümayişçilər Trampın son fərmanını pisləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2017 09:05 Asia/Baku
  • ABŞ prezidentinin anti-miqrant fərmanına qarşı etiraz aksiyası
    ABŞ prezidentinin anti-miqrant fərmanına qarşı etiraz aksiyası

ABŞ prezidentinini yeni anti-miqrant fərmanına qarşı Ağ Evin qarşısında etiraz aksiyası keçirilib. Nümayişçilər Trampın son fərmanını pisləyiblər.

APTN-in verdiyi məlumata görə, dünən baş tutan bu aksiyada iştirakçılar Trampın son fərmanına qarşı və miqrantları himayə şuarlar səsləndiriblər. 

İctimai Azadlıqlar birliyinin üzvü Culean Lin Trampa xitab olaraq deyib: Müsəlmanlara qarşı tətbiq olunan yeni məhdudiyyətlər öncəki fərman kimi qeyri-qanunidir və ABŞ konstitusiyasına ziddir. 

ABŞ prezidenti dünən yeni fərman imzalayıb. Bu fərmana görə 6 müsəlman ölkənin vətəndaşlarının Amerikaya daxil olmalarına müvəqqəti olaraq qadağa tətbiq edilir. Bu fərmana əsasən sözü gedən 6 ölkə vətəndaşlarına vizanın verilməsi və bu ölkələrdən tələbə qəbulu dayandırılır. 

Trampın öncəki fərmanı 7 müsəlman ölkənin vətəndaşlarını əhatə edirdi və Federal Məhkəmə tərəfindən icrası dayandırıldı. 

Yeni fərmanda İraq viza qadağası qoyulan ölkələr siyahısından çıxarılıb.