Mart 08, 2017 11:34 Asia/Baku
  • Tereza Mey və İngiltərənin AB-dən çıxması yolunda yeni maneə
    Tereza Mey və İngiltərənin AB-dən çıxması yolunda yeni maneə

İngiltərə parlamentinin lordlar palatası ikinci bir düzəliş qəbul edərək, baş nazir Tereza Meyin "Brexit"in icrası layihəsini bir daha çətin vəziyyət ilə üzləşdiriblər.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, İngiltərə parlamentinin lordlar palatası çərşənbə axşamı "Brexit"in aktivləşdirilməsi layihəsinə yeni bir düzəliş edərək, İngiltərə hökuməti ilə Avropa Birliyi rəsmiləri arasındakı müzakirələrin sonunda, London və Brüssel arasındakı yekun anlaşmada habelə, bundan sonra Britaniya ilə Avropa Birliyi arasındakı istənilən ticarət anlaşmasında parlament üzvlərinin həlledici söz sahibi olmalarını istəyib.

"Brexit"in aktivləşdirilməsi layihəsi, edilən düzəlişin ardınca yenidən İngiltərə parlamentinin aşağı palatasında araşdırılmalı və barəsində qərar çıxarılmalıdır.

Parlamentin aşağı palatasının parlamentin lordlar palatası tərəfindən "Brexit"in aktivləşdirilməsi layihəsinə edilən 2 düzəlişi ləğv etməsi ehtimalı istisna edilmir.

"Brexit"in aktivləşdirilməsi layihəsinə edilən ilk düzəliş ötən həftə İngiltərədə yaşayan 3 milyon AB vətəndaşının hüquqlarının qorunması məqsədi ilə İngiltərə parlamentinin lordlar palatası tərəfindən təsdiq edilib.  

Teqlər