Ankaranın Azərbaycan və İraqın şimalı ilə bağlı röyası
-
Ankaranın Azərbaycan və İraqın şimalı ilə bağlı röyası
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın iqtisadi məsələlər üzrə baş müşaviri Azərbaycan və İraqın şimalının Türkiyəyə birləşdirilməsi ilə bağlı röyası ifşa edilib.
"Varlıq" fondunun rəyasət heyətinin üzvü olan Yigit Bulutun 2013-cü ildə etdiyi çıxışı əks etdirən və son zamanlar işıq üzü görən video yazı sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb. Yigit Bulut öz çıxışında İraqın şimalı ilə bağlı Türkiyənin röyalarını dilə gətirib.
Türkiyə prezidentinin iqtisadi məsələlər üzrə baş müşaviri deyir: Türkiyə genişlənəcək və 2-3 il ərzində İraqın şimalı referendum yolu ilə Türkiyəyə birləşmək qərarına gələcək.
Yigit Bulut çıxışının davamında digər arzusunu da gizlətmir və müstəqil ölkə olan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanın Türkiyəyə tam inteqrasiya edəcəyini deyərək, Türkiyənin sərhədləri Xəzər dənizinə dirənəcək deyə fəryad edir.