BMT: İsrail fələstinlilərin dini hüququna hörmət etməlidir
-
BMT baş katibinin müavini Fərhan Haqq
BMT baş katibinin müavini sionist rejimin fələstinlilərin dini hüququna riayət etməsinin vacibliyini qeyd edib.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, BMT baş katibinin müavini Fərhan Haqq şənbə günü Nyu-Yorkda jurnalistlərə verdiyi açıqlamada Qüdsdə azanın yayımının qadağan edilməsinə dair qanunun ilkin mətninin təsdiqlənməsinə reaksiya verib: İsrail fələstinlilərin dini hüququna hörmət etməlidir.
İsrail rejimi parlamenti çərşənbə günü Qüds məscidlərində azanın yayımına qadağa qanunu ilkin formada təsdiqləyib. Bu qanuna əsasən, gecə saat 11-dən səhər saat 7-yə qədər Qüds şəhərində səsgücləndirici vasitəsi ilə azan vermək qadağandır.
Həmasın siyasi bürosunun sədr müavini İsmayıl Həniyyə Knessetdə azanın yayımının qadağan edilməsinə dair qanunun ilkin formada təsdiqlənməsinə reaksiya verib: Fələstin məscidləri və minbərlərindən azan verilir və işğalçılar da bu ərazilərdən qovulacaqlar.
Bu arada fələstinlilər sionist rejimin məscidlərdən azanın yayımının məhdudlaşdırılmasına dair plana etiraz olaraq Qəzzə zolağında aksiya keçiriblər.
Qəzzənin Dini və Vəqf məsələləri üzrə Nazirliyi bir bəyanatda Qüds şəhəri və işğal olunmuş Fələstin ərazilərində azanın verilməsinə qadağanın təsdiqlənməsini rədd edib: Qəzzə zolağı məscidlərinin imamlarına azanın bir neçə dəfə səsgücləndiricilər vasitəsi ilə təkrar verilməsinə dair bildiriş göndərilib.