Mart 14, 2017 20:22 Asia/Baku
  • Şotlandiya; müstəqilliyə aparan referendum yolunda
    Şotlandiya; müstəqilliyə aparan referendum yolunda

Şotlandiya baş naziri ölkəsinin İngiltərədən ayrılması üzrə referenduma getməyə hazırlaşdığını açıqlayıb.

Şotlandiyanın Böyük Britaniyadan ayrılmaq istəməsi Londonda ciddi nigaranlıq doğurub. Şotlandiya baş nazirinin ölkəsinin Böyük Britaniyadan ayrılması üzrə yenidən referendumun keçirilməsinə çalışdığı bir zamanda, İngiltərənin baş naziri Tereza Mey belə bir referendumun keçirilməsinə qarşı olduğunu bildirib.

 

İRİB-nin müxbiri:

Artıq bir neçə aydır ki, Şotlandiyanın Böyük Britaniyadan ayrılması ilə bağlı dolaşan zümzümələr London rəsmilərinin kefinə soğan doğrayıb. Buna baxmayaraq, bu zümzümələr Britaniyadan ayrılmaq istəyən şotlandlarda yeni ümidlərə səbəb olub.

Şotlandiya Milli Partiyasının rəhbəri Nikolay Surgen Britaniya rəsmiləri ilə danışıqların ürəkaçan nəticəsi olmadığını deyərək, Böyük Britaniyadan ayrılmaq üçün Şotlandiyada keçiriləcək referendumun tarixini elan etməklə, bu yolda mühüm addım atmış olub və bu xəbər sürətlə bütün mediaların manşetinə çevrilmiş oldu.  

 

Şotlandiyanın baş naziri öz açıqlamasında deyib: “Gələn həftə Şotlandiya Parlamentindən istəyəcəm ki, Britaniya ilə ahəngdarlığın yaradılmasının ardınca, Şotlandiyanın Britaniyadan ayrılması üzrə referendumun detallarını müəyyən etsin.”

 

Ötən il keçirilən referendumda əhalisinin 62%-i İngiltərənin əksinə olaraq Avropa Birliyində qalmağa səs verən Şotlandiyanın baş nazirinin son açıqlaması bu ölkənin Britaniyadan ayrılması ilə müxalif olanların o cümlədən İngiltərə baş naziri Tereza Meyin kəskin reaksiyası ilə üzləşib.

 

İngiltərənin baş naziri Tereza Mey isə bu barədə deyir: "Şotlandiyanın Milli İstiqlal Partiyasının bu günkü açıqlaması bizi həqiqətən naümid etdi. Bu addım ölkəni səbatsızlığa və xaosa sürükləmiş olacaq."

 

İngiltərənin ümumi ərazisinin üçdə birini təşkil edən Şotlandiya 152 milyard funt sterlinq dəyərində ümumdaxili istehsala malik olmaqla Avropada 12-ci ən iri iqtisadi qüdrət sayılır. Elə buna görə də Şotlandiyanın İngiltərədən ayrılmasını istəyənlər və onların müxalifləri meydan sulamağa başlayıblar.

 

Şotlandiyanın İngiltərədən ayrılması ilə müxalif olan rəsmilərdən biri deyir: “Şotlandiya baş nazirinin əsas problemi onun, Şotlandiyanın müstəqilliyi ilə bağlı hansısa kankret proqrama malik olmamasıdır. Elə buna görə də O, daha öncə də bu xüsusda şotlandların dəstəyini əldə edə bilməyib.”

 

Şotlandiyanın İngiltərədən ayrılmasının tərəfdarı olan rəsmi isə öz açıqlamasında belə deyir: “ Şotlandiyanın İngiltərədən ayrılması ilə bağlı London rəsmiləri ilə günlərlə, həftələrlə, aylarla müzakirə aparmışıq. Amma, bu müzakirələrdə onlar anlaşmaya nail olmaq üçün hansısa təmayül nümayiş etdirməyiblər.

 

Heç şübhəsiz Şotlandiyanın ayrılması İngiltərənin siyasi, iqtisadi və ictimai sahələrdə problemlər ilə üzləşməsinə səbəb olacaq. 

 

 

Teqlər