ABŞ ordusunda cinsi rüşvətxorluq ifşa olunub
ABŞ-ın Hərbi Dəniz Qoşunlarının bir generalı malayziyalı bir podratçıya məlumat vermək qarşısında cinsi cinayətlər törətdiyinə görə, suçlanıb.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, ABŞ ordusu rəsmiləri bildiriblər ki, Hərbi Dəniz Qoşunlarının bu generalı və adları açıqlanmayan 8 zabit malayziyalı podratçının cinsi hədiyyələri qarşılığında sıralanmış məlumatları ona verdiyinə görə suçlanıblar.
Məlumata görə, bu informasiyalar malayziyalı podratçının böyük tenderdə qalib gəlməsinə səbəb olub.
Bu şəxslər əleyhinə qaldırılan şikayətlərə əsasən, malayziyalı podratçı müttəhimlərə bir neçə cinsi işçi təqdim etmək qarşılığında ABŞ Dəniz Qüvvələri ilə müqavilədən 35 milyon dollar gəlir əldə edib.
ABŞ ordusu rəsmilərinin iddiasına görə, ordunun yüksək səviyyəsində cinsi rüşvətxorluqla ifşa olunan ilk hal hesab olunur.
Halbuki ABŞ ordusu dəfələrlə qadın hərbçilərin cinsi incidilməsi, həmçinin ordudakı homoseksuallıqla əlaqədar böyük problemlərlə üzləşmişdir.