Türkiyədə həbslər davam edir
Türkiyə xəbər dairələri bu ölkədə onlarla vəkilin saxlanıldığını bildiriblər.
Türkiyədə çıxan Milliyyət qəzetinin yazdığına görə, İstanbulun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokurorluğu Fətulla Gülənlə əlaqədə olan 80 hüquq vəkilinin həbsinə order verib.
Məlumata görə, İstanbul, Ankara, Antalya, Adana və Çanaqqalada icra olunan əməliyyatda 35 vəkil saxlanılıb və polis əməkdaşlarının digər vəkillərin saxlanılması üzrə əməliyyatı davam edir.
Başqa bir məlumata görə, İzmir prokuroru Gülən qrupu ilə əlaqədə şübhəli bilinən 155 nəfərin həbsinə göstəriş verib.
2016-cı il 15 iyul uğursuz çevrilişindən sonra indiyə qədər Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə 125000 dövlət işçisi işdən kənarlaşdırılıb və təxminən 40 min həbrçi, polis əməkdaşı və digər sektorların işçisi saxlanılıb.