Amerika və Səudiyyə Ərəbistanının İrana qarşı planı məğlubiyyətə uğrayıb
https://azeri.sahartv.ir/news/dünya-i263992-amerika_və_səudiyyə_Ərəbistanının_İrana_qarşı_planı_məğlubiyyətə_uğrayıb
Birləşmiş Millətlər Təşkilatının ekspertləri bu təşkilatın Təhlükəsizlik Şurasında etiraf ediblər ki, yəmənli qruplar üçün İrandan heç bir silah göndərilməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2017 07:05 Asia/Baku
  • Amerika və Səudiyyə Ərəbistanının İrana qarşı planı məğlubiyyətə uğrayıb
    Amerika və Səudiyyə Ərəbistanının İrana qarşı planı məğlubiyyətə uğrayıb

Birləşmiş Millətlər Təşkilatının ekspertləri bu təşkilatın Təhlükəsizlik Şurasında etiraf ediblər ki, yəmənli qruplar üçün İrandan heç bir silah göndərilməyib.

İRİB-in verdiyi məlumata görə, BMT ekspertləri TŞ-nin dünənki iclasında bir hesabat təqdim edərək bildiriblər ki, saxlanılan gəmilərin İrandan silah daşıdığı yaxud iran istehsalı olan silah daşıdığını göstərən heç bir fakt mövcud deyil. 

TŞ-də məlumatlı mənbə bildirib ki, Səudiyyə Ərıəbistanı bu hesabatdan son dərəcə inciyib və bu hesabatın TŞ-nin sənədi kimi yayılmasının qarşısını almağa cəhd göstərir. 

Amerika və Səudiyyə Ərəbistanının İranın yəmənli qruplara silah yardımı etməsi iddiasında məqsədləri Ərəb koalisiyası adlanan qrupun məzlum Yəmən xalqına qarşı təcavüzkar hücumlarını əsaslandırmaqdan ibarətdir.