Apr 01, 2017 17:50 Asia/Baku
  • MKİ-nin məxfi sənədlərinin 3-cü hissəsi də ifşa edildi

Vikiliks saytı ixtiyarında olan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi sənədlərinin 3-cü hissəsini də yayımlayıb.

Deyli Mil informasiya portalının verdiyi məlumata görə, Vikiliks saytı cümə günü MKİ-nin məxfi sənədlərindən ibarət bir qrup məlumatı ifşa edərək, MKİ-nin öz kiber hücumlarını Rusiya, Çin, İran və Şimali Koreya adları altında həyata keçirdiyini bildirib.

Vikiliks MKİ-nin  "Marble" adlı proqramdan öz kiber fəaliyyətlərini maskalamaq üçün istifadə etdyini bildirib.

MKİ bu proqram vasitəsi ilə fars, rus, çin, ərəb və koreya dillərində açar sözlərdən istifadə edərək, viruslar və casusluq proqramları ilə bağlı ittiham barmağını digər ölkələrə uzadır və bu yolla hüquq mühafizə orqanlarını yanlış istiqamətə yönləndirməyə çalışır.

Vikiliks tərəfindən daha öncə yayımlanan MKİ-nin məxfi sənədləri bu casusluq təşkilatının mobil telefonların dinlənilməsi və izlənilməsi üçün xüsusi proqramdan və virusdan istifadə etdiyini ifşa etmişdi.

Vikiliksin 2-ci mərhələdə ifşa etdiyi sənədlər bir müddət öncə yayımlanmışdı və bu sənədlərdə MKİ agentlərinin Apple telefonlarına nəzarət imkanından bəhs olunurdu.

Teqlər