Sankt-Peterburqda partlayış; 20 ölü, 70 yaralı
Rusiya təhlükəsizlik rəsmiləri Sankt-Peterburq şəhərində metro stansiyasında baş verən partlayışda 20 nəfərin həlak olduğunu bildiriblər.
Tass Xəbər Agentliyinin məlumatına görə, Rusiya təhlükəsizlik rəsmilərinin açıqlamalarına əsasən, bazar ertəsi günü Sankt-Peterburq şəhərinin bir metro stansiyasında baş verən partlayışda 70 nəfəri də yaralanıb.
Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, hələlik yaralıların dəqiq sayı və partlayışın dəqiq səbəbi bəlli deyildir.
Təhlükəsizlik və xilasetmə əməliyyat qrupları partlayışda yaralananlara kömək etmək üçün hadisə yerinə ezam olunublar.
Partlayış ardınca Sankt-Peterburq şəhərində bütün metro stansiyalarının fəaliyyəti dayandırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Əl-Məyadin televiziyası bir az öncə təcili xəbərdə bildirib ki, Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik qurumlarının hadisənin baş verməsinin səbəblərini müəyyənləşdirməyə çalışdıqlarını deyib.