Apr 07, 2017 13:37 Asia/Baku
  • Rusiyanın ABŞ-la Suriyada hərbi anlaşmasının icrası təxirə salınıb
    Rusiyanın ABŞ-la Suriyada hərbi anlaşmasının icrası təxirə salınıb

Rusiya ABŞ-la Suriyada hərbi anlamanın icrasını Vaşinqtonun təcavüzkarlığına görə dayandırıb.

İRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi cümə günü bir bəyanatda ABŞ-ı təcavüzkar adlandırıb: Suriya səmasında hava hadisələrinin baş verməsinin qarşısını almaq məqsədi daşıyan Vaşinqtonla hərbi anlaşmanın icrası dayandırılıb.

Rusiya XİN əlavə edib: ABŞ İdlib vilayətində kimyəvi hücum hadisəsi bəhanəsi ilə Suriya ordusu qüvvələrinə hücum edib.

Bu bəyanatda əlavə olunur: ABŞ İdlib hadisəsi müəyyənləşmədən qüdrətini əks etdirdi və beynəlxalq terrorizmlə mübarizə aparan ölkənin hərbi qüvvələrinə raket hücumu etdi.

Rusiya XİN həmçinin bildirib: Suriya hökumətinin razılığı və BMT Təhlükəsizlik Şurasının qərarı olmadan ABŞ hərbçilərinin Suriyadakı iştirakı beynəlxalq qanunların açıq-aşkar pozulmasıdır.

Rusiya prezidenti Vladimir Putin də ABŞ-ın Suriyaya raket hücumunu bu ölkənin hakimiyyət hüququna təcavüz adlandırıb.

Putin deyib: ABŞ Suriyaya hücum etməklə dünyanın ümumi fikrini İraqda çoxlu sayda sivilin qətlə yetirilməsindən yayındırmağa cəhd edir.

Rusiya prezidenti xəbərdarlıq edib: Terrorçuların kimyəvi silahlardan istifadə etməsinə tam şəkildə göz yummaq bütün Suriyada vəziyyəti daha da qəlizləşdirir.

Teqlər