Apr 10, 2017 15:44 Asia/Baku
  • Əssisi hökumətinin bacarıqsızlığı Misir xalqını qəzəbləndirdi
    Əssisi hökumətinin bacarıqsızlığı Misir xalqını qəzəbləndirdi

Misirin İsgəndəriyə şəhərinin sakinləri bu ölkə hökumətinin vətəndaşların təhlükəsizliyinin təmin edilməsindəki bacarıqsızlığına etiraz olaraq aksiya keçiriblər.

İRİB-nin verdiyi məlumata görə, İsgəndəriyyə sakinləri bazar günü mövcud vəziyyətə etiraz olaraq şəhərin bəzi küçələrini bağlayıb, ölkə rəhbərliyi və təhlükəsizlik orqanlarının kilsələrin təhlükəsizliyinin təmin edilməsindəki yetərsizliyinə etiraz ediblər. 

Aksiya iştirakçıları terror hücumuna məruz qalan 2 kilsədə bir araya gələrək, hökumət əleyhinə şüarlar verib və bu ölkə hökumətini təhlükəsizliyin təmin edilməsində səhlənkarlığa yol verməkdə ittiham ediblər. 

Bazar günü Misirdə iki kilsə və bir polis mərkəzində baş vermiş partlayışlarda 40-dan çox adam ölüb, yüzdən artıq insan isə yaralanıb. 

Narazı xalq kütləsi Misir hökumətini terror aktları ilə sanki ilk dəfə belə bir hadisə ilə üzləşirmiş kimi rəftar etməkdə ittiham edirlər. 

Misirdə kilsələr bir neçə ildir ki, ardıcıl şəkildə terror hücumlarına məruz qalır. Misir hökuməti isə bu günə kimi kilsələrin təhlükəsizliyinin təmin edilməsində təsirli addımlar atmayıb. 

Teqlər