Apr 13, 2017 09:43 Asia/Baku
  • ABŞ prezidentinin B. Əsəd haqda iddiası

Amerika prezidenti iddia edib ki, bu ölkənin istəyi Bəşşar Əsədin Suriyada hakimiyyətdən çəkilməsi deyil.

Amerika prezidenti Donald Tramp çərşənbə günü Uol Strit Journal(The Wall Street Journal) qəzetilə müsahibədə iddia edib ki, ABŞ hökumətinin siyasəti Suriyadakı döyüşlərə son qoymaq üçün dinc həll yolunun bir hissəsi kimi Suriya prezidenti Bəşşar Əsədin kənarlaşdırılması deyil.

Tramp deyib: Əsədin hakimiyyət başında olması ilə sakit Suriyanı təsəvvür etmək "mümkünsüz" deyil. Trampın iddiası elə bir haldadır ki, ABŞ-ın dövlət katibi Reks Tillerson dünən "Bəşşar Əsədin hakimiyyətdə olmayacağı bir günün gələcəyi"nə ümidvarlıq edərək, bildirdi ki, Vaşinqton Əsəd üçün Suriyanın siyasi gələcəyində bir rol nəzərdə tutmur.

Amerika Suriyadakı hərbi fəaliyyətlərini demokratiyasevərlik və insan haqları addımları çərçivəsində göstərməyə çalışır. Halbuki Vaşinqtonun əsas məqsədi, regionda anti-sionist müqavimətə dəstək verən hökumətləri aradan götürməkdir.

Teqlər