Apr 26, 2017 13:09 Asia/Baku
  • Çində ilk təyyarə daşıyan gəmi istehsal edilib
    Çində ilk təyyarə daşıyan gəmi istehsal edilib

Bu gün Çin özünün ilk təyyarədaşıyan gəmisini dənizə buraxıb.

Röytersin verdiyi məlumata görə, Çinin bu təşəbbüsü Pxenyanın raket və nüvə fəaliyyətlərinə görə Koreya yarımadasında gərginliyin artdığı bir şəraitdə həyata keçir. 

Çinin dövlət mediaları isə bildiriblər ki, ölkənin şimal şərqində yerləşən Daliyan limanında istehsal edilən təyyarədaşıyan gəmi 2020-ci ildə əməliyyatlara qatılacaq. 

Çinin istehsalı olan bu təyyarədaşıyan gəmi barədə məlumatlar və fotoların yayılmasından sonra Çin rəsmiləri 2015-ci ilin axırlarında belə bir gəminin olduğunu təsdiqlədilər. 

Teqlər