Fransada 1 May yürüşləri polis zorakılığına məruz qaldı
May 01, 2017 20:17 Asia/Baku
Fransada Ümumdünya Zəhmətkeşlər Günü münasibəti ilə təşkil edilən yürüşlər seçki qalmaqallarının təsiri altına düşərək, polis zorakılığına məruz qalıb.
Daxil olan məlumatlara görə, 1 May yürüşləri zamanı Paris prezidentliyə namizəd Mari Lepenin tərəfdarları ilə müxalifləri arasında qarşıdurma yaşanıb.
Bu toqquşmalar zamanı polis qüvvələri insanları dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan istifadə edib.