Tramp sionist rejimlə koordinasiyaya görə, Mahmud Abbası alqışlayıb
-
Tramp sionist rejimlə koordinasiyaya görə, Mahmud Abbası alqışlayıb
Sionist rejimin fələstinlilərə qarşı qanunsuz və bəşəriyyətə zidd hərəkətlərinin əsas himayədarlarından olan ABŞ prezidenti Donald Tramp Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla görüşdə onu sionist rejimlə koordinasiyaya görə alqışlayıb.
Əlaləm-in məlumatına görə, Mahmud Abbas dünən gecə Vaşinqtonda Donald Trampla görüşüb.
Mahmud Abbas bu görüşdə Fələstin xalqının istəyinə məhəl qoymadan və sionistlərə xoşxidmətlilik istiqamətində bildirib ki, Fələstin muxtariyyəti iki dövlətin yaradılmasını dəstəkləyir.
Mahmud Abbas gülünc bir iddiada qeyd edib ki, iki dövlətin yaradılmasına söykənən həll yolu terrorizmlə mübarizəyə kömək edəcək.
Mahmud Abbasın sionist rejimə xoşxidmətliliyi elə bir haldadır ki, Fələstin xalqı və fələstinli mübariz qruplar bu qənaətdədirlər: Fələstin muxtariyyətinin sionist rejimlə həmkarlığı və koordinasiyası fələstinlilər üçün ciddi bir təhlükə sayılır və saziş müzakirələrinin davam etməsi həmişə fələstinlilərin zərərinə qurtarıbdır.
Əksər fələstinlilər Fələstin muxtariyyətinin başçısı Mahmud Abbası Qəzzə zolağı böhranları və Fələstin xalqına qarşı təzyiqlərin şiddətlənməsinin birbaşa amili bilirlər.
Tramp da saziş müzakirələrinin başlanmasına ümid bəsləyərək, Fələstin muxtariyyəti ilə sionist rejimin təhlükəsizlik qüvvələri arasındakı koordinasiyanı alqışlayıbdır.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton fələstinlilərlə sionist rejimin təhlükəsizliyinə zəmanət verəcək razılaşmanın əldə olunması üçün əlindən gələni edəcəkdir.