May 10, 2017 17:33 Asia/Baku
  • İtaliyada Şengen sazişi müvəqqəti dayandırılıb
    İtaliyada Şengen sazişi müvəqqəti dayandırılıb

İtaliyada G-7 iclasının təhlükəziliyinə zəmanət vermək üçün bu ölkənin hava limanları, limanları, dəmiryol stansiyaları və sərhədlərində 20 gün müddətinə Şengen sərbəst viza sazişi müvəqqəti dayandırılıb.

İRNA-nın məlumatına görə, İtaliya Daxili İşlər Nazirliyinin qərarına əsasən, bu ölkənin bütün hava, dəniz və quru sərhəd keçidləri Bari və Taormina şəhərlərində G-7 iclası ərəfəsində 10 maydan 30 maya qədər fəaliyyətini dayandıracaq və sərhədə nəzarət yenidən başlanacaq.

G-7 iclasının iqtisad nazirlərinin iclasının keçirilməsinə zəmanət vermək üçün sabahdan şənbə gününə qədər Bari şəhərində, həmçinin bu qrupa üzv ölkələrin dövlət başçılarının Taormina şəhərində keçiriləcək iki günlük iclası üçün təhlükəsizlik tədbirləri artırılıb.

İtaliya Daxili İşlər Nazirliyi həmçinin 3 pilotsuz uçan aparat, 250 min kamera, 1500 polis məmurunu bu iclasın təhlükəsizliyini qorumaq üçün səfərbər edib və Bari şəhəri təhlükəsizlik simasını alıb.

Taormina şəhəri də hazırda güclü təhlükəsizlik tədbirləri altındadır.

Teqlər