May 15, 2017 19:40 Asia/Baku
  • Şimali Koreya: Cənubi Koreya vətəndaşları dəyişiklik arzusundadır
    Şimali Koreya: Cənubi Koreya vətəndaşları dəyişiklik arzusundadır

Şimali Koreyanın yüksək səviyyəli bir diplomatı Pekində deyib: Mun Çje İnin Cənubi Koreyanın yeni prezidenti seçilməsi bu ölkə vətəndaşlarının dəyişiklik arzusunda olduğunu göstərir.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Şimali Koreyanın Çindəki səfiri Ci Çjae Rivonq ötən həftə keçirilən Cənubi Koreya prezident seçkiləri haqda Şimali Koreyanın ilk rəsmisi olaraq açıqlama verən şəxsdir. 

Cənubi Koreyanın yeni prezidenti Şimali Koreyanı nüvə proqramını kənara qoymaq istiqamətində bu ölkəni qane etmək üçün Pxenyanla müzakirələrlə razılaşır. 

Cənubi Koreyada Park Geon Hayın iqtidardan kənarlaşması ilə nəticələnən rüsvayçılıqdan sonra Mun Çje İn seçkilərdə səsçoxluğu ilə qalib gəldi. 

Şimali Koreyanın səfiri Pekində keçirilən mətbuat konfransında deyib: Cənubi Koreya vətəndaşları yeni siyasət, yeni həyat və yeni ictimaiyyət arzusundadırlar. Bu seçkilər bu ictimai hissin olduğunu bəyan edirdi. 

Şimali Koreya ilə əlaqələrdə sərt tədbirlərin görülməsinin tərəfdarı olan Cənubi Koreyanın sabiq prezidenti korrupsiya və iqtidardan sui-istifadə etmək cinayəti ilə mühakimə olunacaq. 

Şimali Koreyanın səfiri əlavə edib: Şəxsi ambissiyaları ardınca olan və vətəndaşlarından uzaqlaşan şəxs xalqın sərt məhkumluğundan amanda qalmayacaq. 

Cənubi Koreyanın yeni prezidenti sabiq prezidentin əksinə olaraq iki Koreyanın əlaqələrində yaxınlaşmanı düşünür və ötən həftə bildirib ki, şərait yarandığı halda Şimali Koreyaya səfər edəcək. 

Bununla belə Şimali Koreyanın son raket sınağından sonra, Cənubi Koreyanın yeni prezidenti bu hərəkəti təhrikedici və məsuliyyətsizlik adlandırıb. 

Teqlər