"Bir qurşaq-bir şose yolu" beynəlxalq konfransı sona çatıb
-
"Bir qurşaq-bir şose yolu" beynəlxalq konfransı sona çatıb
Pekində İranın da iştirak etdiyi "Bir qurşaq-bir şose yolu" ilk beynəlxalq konfransı sona çatıb.
İRNA-nın verdiyi məlumata görə, bu konfransın yekun bəyanatında bütün ölkələrdən hava yolları, limanların inkişafı eləcə də quru, dəniz və dəmiryolu nəqliyyatı layihələrində əməkdaşlıq etmələri istənilib.
İki gün öncə Pekində öz işinə başlamış Konfransın yekun bəyanatında iştirakçı ölkələrdən ticarət sahəsindəki özbaşınalıqlarla mübarizə etmələri, qloballaşma prossesinin dayandırılmasına mane olmaları və öz aralarındakı ixtilafları müzakirə yolu ilə həll etmələri istənilib.
Bu beynəlxalq konfransda Çin Xalq Respublikasının prezidenti Şi Cin Pinq deyib: Çin şirkətləri "Bir qurşaq-bir şose yolu" layihəsinin icrası üçün 100 milyard dollar vəsayit ayıracaqlar.
Bu layihənin icrasında məqsəd Asiya, Afrika, Avropa və daha uzaq regionlarla əlaqələrin inkişaf etdirilməsi olduğu bildirilir.
Bazar günü öz işinə başlayan "Bir qurşaq-bir şose yolu" beynəlxalq konfransında 100-dən çox ölkənin yüksək çinli rəsmiləri iştirak etmişdir.