May 16, 2017 15:40 Asia/Baku
  • Kaliforniyada anti-İsrail aksiya
    Kaliforniyada anti-İsrail aksiya

ABŞ-ın Kaliforniya ştatında universitet tələbələri sionist rejimə dəstək verən mərasimin keçirilməsinə mane olublar.

PressTv-nin verdiyi məlumata görə, İrvin şəhərində Fələstin tərəfdarlarından ibarət tələbələr bu gün bir qrup sionist rejim hərbçisinin iştirakı ilə bu rejimə dəstək xarakterli tədbirin keçirilməsinə mane olublar. 

Tələbələr " İsrail rejimi soyqırımı törədir" kimi şüarlar səsləndiriblər. Polis aksiyaçıları dağıdıb. 

Kaliforniya universitetlərində tələbələr daima sinost rejimin tərəfdarlarının hər hansı tədbirinin keçirilməsini mane olurlar. 

Amerika və Avropada tələbə fəalları həmişə Fələstin xalqının əsas himayədarları kimi tanınırlar. 

Avropa və Amerikada İşğal olunmuş Fələstin torpaqlarında inşa edilmiş sionist qəsəbələrin istehsal mallarını boykot üzrə geniş tədbirlər keçirilib. 

Teqlər