May 20, 2017 13:43 Asia/Baku
  • ABŞ-ın ən iri hərbi gəmisi Ş.Koreyaya yollanıb
    ABŞ-ın ən iri hərbi gəmisi Ş.Koreyaya yollanıb

Amerikanın "Karl Vinson" hücum eskadrasının Koreya yarımadası sularına göndərilməsi üstündəki gərginliklərin aradan qaldırılmadığı bir halda, bu ölkə özünün iri gəmilərindən başqa birisini həmin məntəqəyə göndəribdir.

Yaponiyada lövbər salmış "USS Ronald Reyqan" hərbi gəmisi bu ölkə başçılarının qərarı ilə Şimali Koreyaya yaxın sularda yerləşməlidir.

Amerikanın iki aviadaşıyıcı gəmisinin bu məntəqəyə göndərilməsi Koreya yarımadasında artmaqda olan gərginlikdən xəbər verir. Qeyd edək ki, Pxenyan ötən bazar günü orta mənzilli ballistik bir raketi uğurla sınaqdan keçirdi.

Bu raket ağır nüvə başlıqları daşımaq qabiliyyətinə malikdir və Pxenyanın iddiasına görə, Amerika ərazisini hədəfə ala bilər.

Hazırda hər iki ABŞ gəmisi Asiyada və Sakit Okeandadır. Yaponiyada lövbər salmış "USS Ronald Reyqan" hərbi gəmisi böyük manevr keçirmək üçün cari milad ayının sonunadək şərq dəniziniə daxil olacaqdır.

ABŞ özünün "Karl Vinson" təyyarədaşıyan gəmisini ötən milad ayında istiqamətləndirilən raketlərə malik iki esmines ilə yanaşı bu məntəqəyə göndəribdir.

Teqlər